Главная > Manset > MN: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb

MN: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb


21-10-2020, 10:11. Разместил: azadses
Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.
Bu barədə ''Azad Səs''-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.
Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olunub.

Вернуться назад