Главная > Manset > MN: Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur
MN: Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur19-10-2020, 12:11. Разместил: azadses |
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib. Bu barədə "Azad Səs"-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur. Вернуться назад |