Главная > Manset > Şadlıq evlərinə POS-terminal tələbi: Əks halda altı min manat cərimə olunacaqlar - RƏSMİ

Şadlıq evlərinə POS-terminal tələbi: Əks halda altı min manat cərimə olunacaqlar - RƏSMİ


1-01-2020, 14:03. Разместил: azadses
Bu gündən etibarən şadlıq evlərində də POS-terminallar quraşdırılacaq. Yeni tələblərə əməl etməyən fərdi sahibkarları maliyyə sanksiyaları gözləyir.
Azadsəs xəbər verir ki, bu barədə məlumat “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliklər bu gündən qüvvəyə minir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın 1.2-ci bəndinə əsasən, şadlıq evləri həmin obyektlər sırasındadır.
Dəyişikliklərə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində, üç və daha çox hallarda isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Məlumat üçün bildiririk ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlər aşağıdakılardır:
- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
- rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);
- hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri;
- vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsum larının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.


Вернуться назад