Главная > Manset > Sabit qəbz olmadan onları işə götürənlər altı min manat cərimələnəcək - RƏSMİ
Sabit qəbz olmadan onları işə götürənlər altı min manat cərimələnəcək - RƏSMİ1-01-2020, 13:25. Разместил: azadses |
Bu gündən iaşə obyektlərində əmək müqaviləsi və ya sabit qəbz olmadan ofisiant işə götürənləri maliyyə sanksiyaları gözləyir. Azadsəs xəbər verir ki, bu barədə məlumat “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliklər bu gündən etibarən qüvvəyə minir.Belə ki, şadlıq evlərinin fəaliyyətini təmin etmək məqsədilə iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərlə (ofisiantlarla) əmək müqaviləsi bağlandığı hallar istisna olmaqla, həmin şəxslərin fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə işəgötürənə (vergi orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 2000 manat, ikinci dəfə yol verildikdə 4000 manat, üç və daha çox hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Buna əsasən, şəxslərin müvafiq qəbz olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi vergi orqanında uçotda olan sifarişçiyə münasibətdə maliyyə sanksiyasının tətbiqinə əsas yaradır. Ona görə də iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiantlar) ilə əmək müqaviləsi bağlanmadıqda həmin şəxslər yalnız “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olduğu halda işlərin yerinə yetirilməsinə cəlb edilməlidir. Вернуться назад |