Главная > Manset > Ermənilər dəfn zamanı atəş açdı - 3 mülki şəxs həlak oldu - SON DƏQİQƏ
Ermənilər dəfn zamanı atəş açdı - 3 mülki şəxs həlak oldu - SON DƏQİQƏ15-10-2020, 13:04. Разместил: azadses |
![]() Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir. Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb. Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə ilkin məlumatlara görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir. Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür. ![]() ![]() ![]() ![]() Вернуться назад |