Главная > Manset > Ermənistanın “vurduğu” Azərbaycan PUA-sı “kukuruznik” çıxdı
Ermənistanın “vurduğu” Azərbaycan PUA-sı “kukuruznik” çıxdı12-10-2020, 14:41. Разместил: azadses |
![]() "Azad Səs"in xəbərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, bu videonun yavaşıdılmış kadrlarına ötəri baxış etməklə havadan düşən və parlaq alovla yanan “PUA-nın” An-2 yüngül çoxməqsədli təyyarə olduğunu dəqiq görmək olar: "Sual olunur, Azərbaycan Ordusunun sərəncamında ən müasir silah növləri və ən yeni hərbi texnika olduğu halda, kənd təsərrüfatı üçün nəzərdə tutulmuş “kukuruznik” Ordumuzun nəyinə gərəkdir? Cavab sadədir: Bu üsulla erməni təşviqatı qrafika və animasiyadan istifadə etməklə erməni ictimaiyyətini aldatmaq, eləcə də erməni əsgərinin fiziki cəhətdən qırılmış əhvali-ruhiyyəsini və mənəvi durumunu yüksəltmək üçün uğursuz cəhdlər göstərir. Bir sözlə, bütün PUA-larımız sağ-salamat və döyüş sırasındadır". Вернуться назад |