Главная > Manset > Döyüşçülər üçün səyyar təminat məntəqələri yaradılıb - VİDEO

Döyüşçülər üçün səyyar təminat məntəqələri yaradılıb - VİDEO


12-10-2020, 12:24. Разместил: azadses
Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb.
Bu barədə "Azad Səs"-ə Müdafiə Nazirliyindən məlumat verilib. 
Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.
Qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb.

Вернуться назад