Главная > Manset > Türkiyə Müdafiə Nazirliyindən Azərbaycan Ordusuna növbəti dəstək

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycan Ordusuna növbəti dəstək


4-10-2020, 13:05. Разместил: azadses
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistanın yeni hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarına növbəti dəfə dəstək verib. 
"Report"un xəbərinə görə, nazirliyin "Twitter" səhifəsində bununla bağlı yeni paylaşım edilib. 
Nazirliyin təqdim etdiyi şerin bəndi belədir:
Eşqimiz, sevdamız könlümüzdədir bizim,
Dərdimiz, diləyimiz dərindədir bizim,
Taleyimiz bir yazılmış ağ alnımıza,
Gücümüz, irfanımız birliyimizdədir bizim!
“Türkiyə-Azərbaycan” şüarı ilə dövlət bayraqlarımızın qoşa dalğalandığı paylaşıma iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərindən çəkilmiş fotolar əlavə edilib.


Вернуться назад