Главная > Manset > Tural Gəncəliyev: "Mülki əhali arasında 20-dən çox şəxs həlak olub"
Tural Gəncəliyev: "Mülki əhali arasında 20-dən çox şəxs həlak olub"3-10-2020, 13:30. Разместил: azadses |
Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artilleriya atəşinə tutulur. ''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bunu "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın rəhbəri Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, nəticədə mülki əhali arasında 20-dən çox şəxs həlak olub, 50-dən çox şəxs isə yaralanıb: "Həmçinin evlərə və mülki infrastruktura böyük ziyan vurulub. Bu, bir daha onu göstərir ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin niyyəti qeyri-insani əməllər və müharibə cinayətləri vasitəsilə torpaqlarımızın işğalını davam etdirməkdən ibarətdir. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində bu ədalətsiz müharibənin qurbanları olmuş şəxslər kimi bildiririk ki, Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir. Azərbaycan Silahlı Qüvvələri Ermənistandan fərqli olaraq, heç bir halda mülki əhalini hədəfə almır. Lakin Ermənistanın rəhbərliyi məqsədli şəkildə hərbi obyektləri yaşayış yerlərinin yanında yerləşdirib. Belə qeyri-insani hərbi-siyasi rəhbərlikdən hər şey gözləmək olar". "Azərbaycan özünün Dağlıq Qarabağ bölgəsinin erməni əhalisinə deyil, məhz işğalçı Ermənistan ordusuna qarşı döyüşür. Bizim məqsədimiz 30 ilə yaxındır həsrətində olduğumuz Qarabağımızı işğaldan azad etmək, oradakı doğma evlərimizə qayıtmaq və erməni icması ilə birgə sülh şəraitində yaşamaqdır", - T.Gəncəliyev bildirib. Вернуться назад |