Главная > Manset > Baş nazir əsasnamədə dəyişiklik etdi

Baş nazir əsasnamədə dəyişiklik etdi


2-10-2020, 16:51. Разместил: azadses
Nazirlər Kabineti “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edib. 
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi səhifəsində məlumat paylaşılıb.
 
Qərara əsasən, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə yeni 1.13-cü bənd əlavə edilib. 
 
Həmin bəndə əsasən, tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları onların iki rəsmiləşdirildiyi gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil etməlidirlər. 



Вернуться назад