Главная > Manset > "Azərişıq"dan seçki qərarı

"Azərişıq"dan seçki qərarı


22-12-2019, 12:28. Разместил: azadses
Yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq
"Azərişıq" ASC dekabr ayının 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək. Artıq bununla əlaqədar texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb.
Əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb.
Həmçinin seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq. 




Вернуться назад