Главная > Manset > Bələdiyyə başçısı olmaq istəyənlərin sayı açıqlandı

Bələdiyyə başçısı olmaq istəyənlərin sayı açıqlandı


22-12-2019, 12:25. Разместил: azadses
Səsvermə siyahıya daxil olmuş seçicilərin sayı 5 milyona yaxındır
Sabah keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin sayı 41462 nəfərdir. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, onlardan bir qismi sonradan namizədliklərini könüllü şəkildə geri götürüblər. Namizədlərin 1/3 13 siyasi partiyanın nümayəndələridir, 2/3 isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.
Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir. Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb.
M.Pənahov vurğulayıb ki, namizədlər üçün hər cür şərait yaradılıb, heç kim heç kimə maneçilik törətməyib. 
Bələdiyyə seçkilərində iştirak edəcək yerli müşahidəçilərin sayı 52636 nəfərdir. Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün 17 beynəlxalq müşahidəçi qeydiyyata alınıb. 
Xatırladaq ki, sabah ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.




Вернуться назад