Главная > Manset > Həbs edilən icra başçısının xanım müavini də saxlanıldı

Həbs edilən icra başçısının xanım müavini də saxlanıldı


19-12-2019, 15:26. Разместил: azadses
Lalə Eyyubova hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib
Həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini saxlanılıb.
Azadsəs BakuPost-a istinadən xəbər verir ki, başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.
Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.


Вернуться назад