Главная > Manset > MN: Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

MN: Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib


28-09-2020, 08:53. Разместил: azadses
Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.
''Azad Səs'' xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 
Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.
Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.


Вернуться назад