Главная > Manset > Avropa İttifaqı münaqişə tərəflərini gərginliyi azaltmağa çağırdı

Avropa İttifaqı münaqişə tərəflərini gərginliyi azaltmağa çağırdı


27-09-2020, 15:50. Разместил: azadses
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərini döyüş əməliyyatlarını dayandırmağa, gərginliyi azaltmağa və atəşkəsə ciddi əməl etməyə çağırıb.
“Azad Səs” xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin bəyanatında deyilir.
Bəyanatda həmçinin, ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə heç bir ilkin şərt qoyulmadan danışıqlara dərhal qayıtmağın zəruriliyi vurğulanır.

Вернуться назад