Главная > Manset > Zelenski Bakıda - İlham Əliyev qarşıladı

Zelenski Bakıda - İlham Əliyev qarşıladı


17-12-2019, 10:22. Разместил: azadses
İki liderin təkbətək görüşü keçirilib
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Zelenskini qarşılayıb. 
Vladimir Zelenski Azərbaycan əsgərlərini salamlayıb. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukraynanın Prezidenti Vladimir Zelenskinin təkbətək görüşü olub.


Saat 08:31
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Səfər ötən gün axşam başlayıb. 
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 
Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar. 




Вернуться назад