Главная > Manset > “Azərsu": 227 min əhali qrupu üzrə istehlakçıların su sayağacı yoxdur
“Azərsu": 227 min əhali qrupu üzrə istehlakçıların su sayağacı yoxdur26-09-2020, 09:16. Разместил: azadses |
"Hazırda “Azərsu” ASC-nin 1 mln 523 min əhali qrupuna aid edilən istehlakçıları 227 mini sayğacla təmin olunmayıb". Bu barədə “Report”a “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illəri üçün Tədbirlər Planı”nda 2020-2021-ci illər ərzində bütün abonentləri 100% su sayağacları ilə təmin edilməsi tapşırığı verilib: “Abonent bazasının məlumatlarına əsasən 227 min əhali qrupuna aid abonentə hesabat Tarif Şurasının təsdiqlədiyi normativə uyğun verilir. Bu isə o deməkdir ki, bu gün Azərbaycanda 227 min abonentin su sayağacı yoxdur. Onların da 113 mini Abşeron yarımadasının, 114 mini isə regionların payına düşür. Əhali abonentlərin sayağaclarla təmin edilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir və bunula bağlı hökumətə müraciət edilib. Eyni zamanda, bu gün istismarda olan təxminən 127 min su sayğacı istismar müddətini başa vurub. Onların da dəyişdirilməsinə ehtiyac var”. Вернуться назад |