Главная > Manset > Deputatın şirkəti milyonluq tender qazandı

Deputatın şirkəti milyonluq tender qazandı


24-09-2020, 11:57. Разместил: azadses
Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxs "Azəri-Med" MMC ilə maliyyə dəyəri 3 600 000 AZN olan müqavilə imzalayıb.
''Azad Səs'' "Kommersant.az"-a istinadən xəbər verir ki, müqaviləyə əsasən şirkət dərman preparatları və tibbi sərf malları ilə təmin etməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Azəri-Med” MMC 2 iyul 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1020 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Rəhimli Famil Vəli oğludur.
Araşdırmalarımız zamanı aydın olub ki, Famil Rəhimli heç də MMC-nin əsl sahibi deyil. Əldə etdiyimiz məlumatlara görə, şirkət əslində deputat Kamaləddin Qafarova məxsusdur. MMC-nin hüquqi ünvanı ilə deputatın qeydiyyatda olduğu ünvanın üst-üstə düşməsi də şirkətin ona məxsus olması barədə şübhələri artırır.
Kamaləddin Qafarov həm də Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunun müavinidir. Görünür, bu səbəbdən “Azeri-Med” MMC MOM-un elan etdiyi tenderlərin qalibi olur.Yenisabah

Вернуться назад