Главная > Manset > Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ
Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ15-12-2019, 14:04. Разместил: azadses |
Bu gün saat 17:29-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "3-cu mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Azadsəs xəbər verir ki FHN-nin mətbuat xidmətindən verilən məlumata görə 4 dəqiqə sonra, yəni saat 17:33-də ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb: "Yanğının mürəkkəbliyinə, ərazidə yüksək yanğın riskli çoxsaylı obyektlərin mövcudluğuna baxmayaraq, yanğınsöndürənlərin peşəkarlığı və şücaəti sayəsində yanğının böyük əraziyə yayılmasına və daha böyük faciəyə səbəb olmasına imkan verilməyib. Belə ki, yanğın saat 18:00-da, yəni ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatandan 27 dəqiqə sonra məhdudlaşdırılıb və saat 18:19-da tam söndürülüb. Ümumilikdə 6100 kv.m-dən artıq sahəsi olan bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb. Bazarın qalan hissəsi yəni, 5800 kv.m-dən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub". Rəsmi məlumata görə, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətindən 17 ədəd texnika və 75 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 8 ədəd texnika və 66 nəfər canlı qüvvə cəlb edilib, Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurum rəhbərliyi hadisə yerində olub. Вернуться назад |