Главная > Manset > XİN: “Erməni nazir Məmmədyarovla görüşlərə çay içməyə gəlir”

XİN: “Erməni nazir Məmmədyarovla görüşlərə çay içməyə gəlir”


14-12-2019, 11:12. Разместил: azadses
Azərbaycandan İrəvanın reaksiyasına cavab
“Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC televiziya kanalına verdiyi müsahibəsinə münasibətdə İrəvanın reaksiyası olduqca qəribədir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib.
"Belə çıxır ki, sanki Elmar Məmmədyarovun erməni həmkarı bir il yarımdır ki, Azərbaycan Xarici İşlər naziri və həmsədrlərlə görüşlərə çay içməyə gəlir. Bu ən azı qeyri-ciddidir. Anlamaq olar ki, Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur, çünki ondan, nazir Elmar Məmmədyarovun sözügedən müsahibəsində etdiyi kimi, mahiyyət üzrə açıqlama tələb oluna bilər. Əslində, müsahibə elə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “əhalini sülhə çağırmaq” çağırışı kontekstində nəzərdən keçirilməlidir”, - deyə XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC kanalına verdiyi müsahibəsi ilə bağlı “Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda münaqişənin tənzimlənməsi ilə bağlı hər hansı sənəd müzakirə olunmur” açıqlamasını verib.




Вернуться назад