Главная > Manset > Daha 128 obyekt epidemiya əleyhinə rejimi pozub

Daha 128 obyekt epidemiya əleyhinə rejimi pozub


19-09-2020, 10:00. Разместил: azadses
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.
“Azad Səs” xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, son monitorinq zamanı Bakının Binəqədi rayonunda “Bəyaz gecələr kafesi”ndə, "Lider RA" MMC-yə məxsus “Selofan paket istehsalı obyekti”ndə, Rövşən Rzayevə, Miriş Miriyevə məxsus mağazalarda, Xəzər rayonunda “Qastronom market”də, “Həsən şirniyyat evi”ndə, “Qlobus dəftərxana”, “Atlas hovuz inşaat” mağazalarında, Sabunçu rayonunda “İstanbul lahmacun”da, İradə Bədəlovaya məxsus şirniyyat mağazasında, Suraxanı rayonunda “Günəşli kafe”də, Rəhman Qurbanova məxsus kafedə, Yasamal rayonunda “Şah market”də, “Buzov dönər”də, “Nanə restoran”da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Bundan başqa, paytaxtın Qaradağ rayonunda "Qardaşlar kafe”də, Eldar Heydərova, Gülsüm Nəbiyevaya məxsus ərzaq mağazalarında, Nərimanov rayonunda “Yaz geyim”, “Armada elektrik” mağazalarında, “Gilyançay”, “Pivbar”, “Şah ət” iaşə obyektlərində, Nizami rayonunda “Rahat market”də, “Sirab market”də, "İstanbul lahmacun restoran”da, Xətai rayonunda Südabə Zamanovaya, Toğrul Səlimzadəyə, İlyas Quliyevə, Mahir Abbaslıya məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda “Firuzə qızıl mağazası”nda, “Hit woman” mağazasında, “Sunset kafe”də, “Palma kafe”də, “Coffee station” iaşə obyektində, “Meh kafe”də, “Dəli Kür kafesi”ndə, “Uğur kafesi”ndə, “Dəniz restoranı”nda, Nəsimi rayonunda “Kafe Praqa”da, “Saraclı kafe”də, Sumqayıt şəhərində “Zirvə restoranı”nda, "Gəmiqaya restoranı”nda, “Tamet istehsalı sexi”ndə, Abşeron rayonunda “Babək kafesi”ndə, "A klub restoranı”nda, ümumilikdə, 128 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu üzə çıxıb. 
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Вернуться назад