Главная > Manset > Sahibə Qafarova Moskvaya gedir

Sahibə Qafarova Moskvaya gedir


17-09-2020, 13:52. Разместил: azadses
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Moskvaya səfərə gələcək.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, sentyabrın 22-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko S. Qafarova ilə görüşəcək.

Görüş zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunacaq.

S. Qafarovanın sentyabrın 23-də Federasiya Şurasının payız parlament sessiyasının birinci iclasında çıxışının planlaşdırıldığı da qeyd olunub.

Вернуться назад