Главная > Manset > Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət yenidən gərginləşdi
Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət yenidən gərginləşdi14-09-2020, 11:39. Разместил: azadses |
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Müdafiə Nazirliyindən verilən xəbərə görə, sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur. Вернуться назад |