Главная > Manset > Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı
Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı14-09-2020, 09:03. Разместил: azadses |
Azərbaycanda polis şöbələrindən birinin rəisi vəzifəsindən azad edilib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirov işdən çıxarılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Вернуться назад |