Главная > Manset > Ermənilər Tovuzun kəndlərinə pulemyotlardan atəş açıblar - Müdafiə Nazirliyi

Ermənilər Tovuzun kəndlərinə pulemyotlardan atəş açıblar - Müdafiə Nazirliyi


11-09-2020, 09:13. Разместил: azadses
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
 
''Azad Səs'' Baxar.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
 
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Вернуться назад