Главная > Manset > Prezident Yaşar Əliyevi təltif etdi

Prezident Yaşar Əliyevi təltif etdi


8-09-2020, 16:10. Разместил: azadses
Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
General-leytenant Yaşar Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini vəzifəsində çalışır.
Bu gün onun 60 yaşı tamam olur.
Xatırladaq ki, Yaşar Ədilxan oğlu Əliyev 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirib. 1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərinin daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləyib.
2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
2011-ci ildən 2020-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
1995-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.
Ailəlidir, bir övladı var.

Вернуться назад