Главная > Manset > Qapalı kafe-restoranlara da icazə veriləcək – Gecə 12-yə qədər

Qapalı kafe-restoranlara da icazə veriləcək – Gecə 12-yə qədər


4-09-2020, 17:34. Разместил: azadses
Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək. 
''Azad Səs'' “Qazet.az”-a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bu qərar sentyabrın 8-indən qüvvəyə minir.


Вернуться назад