Главная > Manset > Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək

Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək


4-09-2020, 15:31. Разместил: azadses
Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.
Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 8-i yeni tikilən,  5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir.
İlin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək, onlardan 60-ı modul tipli məktəbdir.

Вернуться назад