Главная > Manset > NAZİRLİKDƏ ƏMƏLİYYAT KEÇİRİLDİ
NAZİRLİKDƏ ƏMƏLİYYAT KEÇİRİLDİ4-09-2020, 12:38. Разместил: azadses |
Daxil olmuş məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmasının nəticəsi olaraq Baş İdarə tərəfindən Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) bir az öncə əməliyyat keçirilib. ''Azad Səs'' BAXAR.AZ-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. O bildirib ki, yaxın zamanda bununla bağlı mediaya geniş məlumat veriləcək. Вернуться назад |