Главная > Manset > Bakı, Sumqayıt, Abşeron işsizlərinə 190 manat veriləcəkmi? - Deputat

Bakı, Sumqayıt, Abşeron işsizlərinə 190 manat veriləcəkmi? - Deputat


1-09-2020, 15:10. Разместил: azadses
"190 manat sentyabrda da verilməlidir.”

Bunu Qaynarinfo-ya açqılamasında Milli Məclisin deputatı Əli Məsimli deyib. Onun sözlərinə görə, pandemiyanın təsirindən işsiz və imkansız qalan insanların vəziyyəti həqiqətən çox ağırdır, onlara real kömək göstərmək lazımdır:

"Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən yeni qərara əsasən sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayondan 10-u Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən həmin sərt karantin rejimi zonasından çıxarılsa da, Bakı, Sumqayıt və Abşeronda sərtləşdirilmiş xüsusi karantin rejimi 31 avqust tarixindən 30 sentyabr tarixinə qədər uzadıldı. Karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq, avqustun 5-dən etibarən bir sıra sahələrdə müəyyən yumşalmalar oldu və bu proses sentyabrda da davam etdiriləcək. Bununla belə bəzi sahələr açılsa da, rəsmən qapalı sahələr üzrə işsizliklə bağlı problem hələ də qalır. Turizm obyekləri, şadlıq sarayları, mərasim evləri, iri ticarərt obyektləri, idman salonları, qapalı restoranlar, iri ticarət mərkəzləri və s. bu kimi bəzi iş yerlərinin fəaliyyəti hələ də bərpa olunmayıb və ya tam bərpa olunmayıb. Həmin yerlərdə işləyən insanlar, eləcə də günəmuzd işləyən digər şəxslər hələ də işsizdir”.
Deputat qeyd edib ki, fəaliyyəti dayanmayan və ya bərpa edilən bir sıra sahələrdə işçilərin bir hissəsi ixtisar olunub və ya bir neçə aydır maaş almır:
"Hökumətin tətbiq etdiyi 190 manatlıq birdəfəlik ödəmə ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərər çəkən işsizlər üçün, yəni işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur.  Həmin kateqoriyaya uyğun insanlar üçün nəzərdə tutulan 190 manatlıq birdəfəlik yardımın mahiyyəti ondan ibarətdir ki, karantin şəraitinə görə işini və işləmək imkanını itirən və çox ağır vəziyyətə düşən şəxslərə həmim vəziyyətdən çıxması üçün yardım edilsin. Deməli, sərtləşdirilmiş karantin rejiminin sentyabr ayının 30-dək davam etməsi səbəbindən belə şəraitdə sərt karantin rejiminin uzadıldığı Bakı, Sumqayıt, Abşeronda işsiz və imkansız vəziyyətdə qalan insanlara heç bir tərəddüd etmədən 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi də davam etdirilməlidir. Çünki pandemiyanın təsirindən işsiz və imkansız qalan həmin insanların vəziyyəti həqiqətən çox ağırdır, onlara sərt karantin rejimi şəraitində real kömək göstərmək lazımdır”.


Вернуться назад