Главная > Manset > Ədalət Şükürov operativ qərargaha səsləndi: “Başqa problemimiz yox idi?”

Ədalət Şükürov operativ qərargaha səsləndi: “Başqa problemimiz yox idi?”


29-08-2020, 13:00. Разместил: azadses
Azərbaycanın və Dağıstanın Əməkdar artisti Ədalət Şükürov operativ qərargahın bu gün qəbul etdiyi qərarı pisləyib.
Bununla bağlı “Instagram” hesabında paylaşım edən müğənni muzeylərin və sərgi zallarının açılmasına güldüyünü bildirib:
“Saytlardan oxudum ki, ölkə ərazisində muzeylər və sərgi zalları açılıb. Yadınıza salım ki, ölkəyə turist gəlmir. Məktəblər bağlıdır, şagirdlər də muzeyə gedə bilmir.
İnsanların elə əhval-ruhiyyəsi yoxdur ki, muzeylərə getsin. Mənə çox maraqlıdır, bu təklifi kim irəli sürüb? Yəni başqa problemimiz yox idi? Bir problem sərgi, muzey idi, onu da açdınız?!”

Вернуться назад