Главная > Manset > Anası vəfat edən tanınmış vəkil ÖZÜNÜ ÖLDÜRDÜ

Anası vəfat edən tanınmış vəkil ÖZÜNÜ ÖLDÜRDÜ


27-08-2020, 15:41. Разместил: azadses
Azərbaycan Vəkillər Kollegiyasinın üzvü özünü asaraq öldürüb.
''Azad Səs'' AZSABAH.COM-a istinadən xəbər verir ki, kollegiyadan “Report”a fakt təsdiqlənib.
Bildirilib ki, vəkil Namiq Həsənov Binəqədi rayonu ərazisində özünü asaraq intihar edib.
Məlumata görə, N.Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib. Bundan sonra onun səhhətində problem yaranıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, 1966-cı il təvəllüdlü N.Həsənov 2006-cı ildən Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışırdı.

Вернуться назад