Главная > Manset / Siyasət > İtaliyanın Deputatlar Palatasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

İtaliyanın Deputatlar Palatasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib


Dünən, 13:07. Разместил: azadses
İtaliyanın Deputatlar Palatasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Report” xəbər verir ki, bu barədə italiyalı senator Culio Terzi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O, çıxışında qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi soyqırımı cinayəti nəticəsində 613 Azərbaycan vətəndaşı, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl qətlə yetirilib.

Senator onu da vurğulayıb ki, bu gün iki ölkə arasında qarşılıqlı münasibətlərdə ciddi irəliləyiş müşahidə olunur: “İtaliya Senatında bu yaxınlarda yekdilliklə qəbul edilən müvafiq qətnamə və bir sıra müsbət addımlar Bakı ilə İrəvan arasında sülh müqaviləsinə yol açır”.

Xatırladaq ki, bir müddət əvvəl İtaliya Senatı “Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş təşəbbüslər haqqında” qətnaməni yekdilliklə qəbul edib.


Вернуться назад