Главная > Manset / Dünya > Tramp beynəlxalq ictimaiyyəti nüvə müharibəsinin qarşısını almağa çağırıb

Tramp beynəlxalq ictimaiyyəti nüvə müharibəsinin qarşısını almağa çağırıb


21-02-2025, 09:40. Разместил: azadses
ABŞ prezidenti Donald Tramp nüvə silahından istifadəni və nüvə gücləri klubunun genişləndirilməsini qəbuledilməz hesab edir.

“Report” xəbər verir ki, Amerika lideri bu barədə Florida ştatının Mayami şəhərində Səudiyyə Ərəbistanı tərəfindən təşkil edilən investisiya forumunda deyib.

O, həmçinin ABŞ-nin nüvə başlıqlarının sayını azaltmaq üçün Rusiya və Çinlə danışıqlar aparmasının tərəfdarı olduğunu bildirib. Tramp nüvə silahının mümkün istifadəsi barədə də danışıb:

“Bunun baş verməsinə heç vaxt icazə verilməməlidir. Əgər belə olsa, dünya məhv olacaq. Biz təkcə İranın yox, başqa ölkələrin də nüvə silahı əldə etməsinə icazə verə bilmərik”.

O, hakimiyyətin ilk dövründə Rusiya prezidenti Vladimir Putinlə nüvə silahlarının məhdudlaşdırılması və sayının azaldılması məsələlərində çox uğurlu qarşılıqlı əlaqədə olduğunu vurğulayıb.

“Rusiya və bizim ən böyük nüvə arsenalımız var, nüvə klubunun digər ölkələrindən çox irəlidəyik. Çin yaxın olmasa da, üç-dörd ildən, beş ildən sonra bizimlə bərabər olacaq. Amma biz bu barədə Çinlə danışacaqdıq. Mənim bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə uğurlu söhbətim olub. Düşünürdüm ki, biz nüvəsizləşdirməyə nail olacağıq”.

Tramp daha sonra əmin olduğunu bildirib ki, nüvə dövlətlərinin başçıları bu silahdan istifadənin yolverilməzliyini anlayan insanlar olmalıdır.


Вернуться назад