Главная > Manset / İdman > Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura bu gün yekun vurulacaq

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura bu gün yekun vurulacaq


15-02-2025, 18:10. Разместил: azadses
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura bu gün yekun vurulacaq.

"Report" xəbər verir ki, turun son oyun günündə bir qarşılaşma baş tutacaq.

"Gəncə" evdə "Abşeron"la üz-üzə gələcək. Gəncə İdman Sarayında reallaşacaq görüş 15:00-da başlayacaq.

Hazırda "Abşeron" turnir cədvəlində 26 xalla birinci pillədə qərarlaşıb. Üçüncü olan "Gəncə"nin isə 17 xalı var.

Yüksək Liqa

Qadınlar

XI tur

15 fevral

15:00. "Gəncə" - "Abşeron"

Gəncə İdman Sarayı

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Azərreyl" "Milli Aviasiya Akademiyası"nı 3:1 hesabı ilə məğlub edib. "Murov Az Terminal" isə UNEC-i 3:0 hesabı ilə üstələyib.


Вернуться назад