Главная > Manset / İdman > "Qarabağ" Premyer Liqada növbəti oyununu keçirəcək
"Qarabağ" Premyer Liqada növbəti oyununu keçirəcəkDünən, 08:54. Разместил: azadses |
"Qarabağ" Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirəcək. "Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XXII turda "Səbail"lə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi 50 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Misli Premyer Liqası III dövrə, XXII tur 11 fevral 19:00. “Qarabağ” – “Səbail” Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli. VAR: İnqilab Məmmədov. AVAR: Rahil Ramazanov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Tofiq Bəhramov adına Respublika stadionu Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. "Neftçi" səfərdə "Zirə"dən üstün olubsa (2:1), "Araz-Naxçıvan" - "Kəpəz" görüşündə hesab açılmayıb. Вернуться назад |