Главная > Manset / Dünya > Rumıniya parlamenti 2025-ci ilin büdcə qanunu layihəsini qəbul edib

Rumıniya parlamenti 2025-ci ilin büdcə qanunu layihəsini qəbul edib


Dünən, 14:00. Разместил: azadses
Rumıniya parlamenti çərşənbə günü səs çoxluğu ilə 2025-ci ilin dövlət büdcəsi layihəsini təsdiqləyib.

"Report"un “Agerpres” agentliyinə istinadən verdiyi məlumata görə, sənədin lehinə 254, əleyhinə 192 deputat səs verib.

Büdcə rəqəmləri Rumıniya iqtisadiyyatının bu il 2,5 % artacağı, ÜDM-in 7%-i büdcə kəsiri və orta illik inflyasiyanın 4,4 % olacağı proqnozuna əsaslanır.

Maliyyə naziri Tansos Barna bildirib ki, qəbul olunmuş büdcə rekord səviyyəli investisiyalar, maaş və pensiyaların ödənilməsinin təmin edilməsi və maliyyə balansının bərpası hesabına Rumıniyanın inkişafı üçün şərait yaradır. Layihənin əleyhinə səs verən müxalifət nümayəndələri sənədin real olmadığını iddia edirlər.

Müzakirələr zamanı 60-a yaxın dəyişiklik qəbul olunub. O cümlədən, parlamentarilər Konstitusiya Məhkəməsinin keçmiş hakimləri və əməkdaşları üçün dərmanların alınması üçün 700 min leyi (140 min avro) ayrılması təklifini rədd ediblər.


Вернуться назад