Главная > Manset / Dünya > Zelenski Rusiya ilə müharibədə Ukraynanın itkilərini açıqlayıb
Zelenski Rusiya ilə müharibədə Ukraynanın itkilərini açıqlayıbBu gün, 09:43. Разместил: azadses |
Ukrayna Silahlı Qüvvələri (USQ) döyüş əməliyyatları zamanı 45,1 min nəfər itki verib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib. "İtkilərimizə gəlincə: dəqiq rəqəmlər bizim üçün çox vacibdir. 45,1 min nəfər həlak olub və təxminən 390 min yaralanma halı var. Dəqiqləşdirim: yaralanma hallarının sayı yaralananların sayından çoxdur, çünki yaralanan və sonra döyüş meydanına qayıdıb yenidən yaralanan insanlar var", – dövlət başçısı deyib. 2024-cü ilin dekabrında Zelenski cəbhədə 43 min hərbçinin həlak olduğunu, 370 min yaralanma halının qeydə alındığını bildirmişdi. Вернуться назад |