Главная > Manset / İdman > Ronaldo Messi ilə rəqabətindən danışıb: Bir-birimizə motivasiya verirdik
Ronaldo Messi ilə rəqabətindən danışıb: Bir-birimizə motivasiya verirdikDünən, 16:31. Разместил: azadses |
Portuqaliya millisinin və “Ən-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ABŞ-nin "İnter Mayami" komandasında çıxış edən argentinalı Lionel Messi ilə rəqabətindən danışıb. "Report"un məlumatına görə, portuqaliyalı futbolçu 40 yaşı ərəfəsində İspaniyanın "La Sexta" telekanalına müsahibə verib. "Biz 15 il futbol səhnəsini bölüşdük və aramızda həmişə yaxşı münasibətlər olub. O öz klubunu və millisini müdafiə edib, mən də özümünküləri. Biz bir-birimizə motivasiya verirdik", - deyə o bildirib. Qeyd edək ki, Ronaldo karyerası boyu 5, Messi isə 8 dəfə "Qızıl top"u qazanıb. Вернуться назад |