Главная > Manset / Dünya > İnsanların əksəriyyəti çiçək xəstəliyi qarşısında acizdir

İnsanların əksəriyyəti çiçək xəstəliyi qarşısında acizdir


6-01-2025, 15:44. Разместил: azadses
Dünya üzrə insanların əksəriyyətində çiçək xəstəliyinə qarşı immunitet yoxdur.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu epidemioloq, Rusiya Təhsil Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko bildirib.

"Planetdəki insanların əksəriyyətində çiçək xəstəliyinə qarşı immunitet yoxdur, çünki biz yalnız 1980-ci ilədək hamını peyvənd etmişik. Təkcə Rusiyada deyil, bütün dünyadakı 1981-ci ildən sonra anadan olan insanların həmin virusa qarşı immunitetləri yoxdur", - deyə o qeyd edib.

Həkim qeyd edib ki, çiçək xəstəliyi bütövlükdə məğlub edilsə də, onun virusu tədqiqat üçün hələ də iki laboratoriyada - Rusiya və ABŞ-də saxlanılır.


Вернуться назад