Главная > Manset / İqtisadiyyat > Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb
Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb3-01-2025, 15:43. Разместил: azadses |
Ötən il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 107,5 bənd təşkil edib. Bu barədə “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 2,1 bənd, 2024-cü ilin əvvəlinə nisbətən 5,5 bənd, 2023-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 4,7 bənd çoxdur. Ötən ilin dekabrın 1-nə manatın real effektiv məzənnəsi isə 122,6 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,8 bənd, 2024-cü ilin əvvəlinə nisbətən 1,2 bənd, illik müqayisədə isə 0,2 bənd çoxdur. Вернуться назад |