Главная > Manset / İqtisadiyyat > Mikayıl Cabbarov və Vladanka Andreyeva BMT-nin Dayanıqlı İnkişaf üzrə yeni Çərçivə Proqramını müzakirə ediblər
Mikayıl Cabbarov və Vladanka Andreyeva BMT-nin Dayanıqlı İnkişaf üzrə yeni Çərçivə Proqramını müzakirə ediblər31-12-2024, 13:05. Разместил: azadses |
İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva ilə görüş keçirib. Bu barədə “Report” BMT-nin Azərbaycandakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. "İlin son görüşü: BMT-nin Bakıdakı rezident-əlaqələndiricisi iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Buraya BMT-nin Dayanıqlı İnkişaf üzrə yeni Əməkdaşlıq Çərçivə Proqramının (2026-2030) hazırlanması barədə müzakirələr daxildir. Bu yeni proqram Azərbaycan xalqı üçün daha ekoloji və dayanıqlı gələcəyin təmin edilməsinə yönəlmiş səylərin birləşdirilməsinin təməli olacaq”, - paylaşımda qeyd edilib. Вернуться назад |