Главная > Manset > Baş Prokurorluqdan deputatın qardaşı oğlu ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan deputatın qardaşı oğlu ilə bağlı AÇIQLAMA


24-08-2020, 11:23. Разместил: azadses
Baş Prokurorluq deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Vaqif oğlu Əmiraslanov barəsində cinayət işinin başlanması barədə xəbərə münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Emil Əmiraslanov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi istintaq olunur.
Qeyd edək ki, demokrat.az saytının yazdığına görə, Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunub.
Şikayətçi bildirib ki, 115 250 manat civarında qızıl-zinət əşyaları götürülüb və qaytarılmayıb.
İddiayaya görə, Emil Əmiraslanov həmin vəsaitin 30 000 manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək, iş görəcəyini vəd edib. Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10 000 manat qaytaracağını söz verib.

Вернуться назад