Главная > Manset / Dünya > Pentaqon 11,7 milyard dollara 145 ədəd “F-35” sifariş verib

Pentaqon 11,7 milyard dollara 145 ədəd “F-35” sifariş verib


21-12-2024, 16:32. Разместил: azadses
ABŞ Müdafiə Nazirliyi 11,7 milyard dollara 145 ədəd beşinci nəsil F-35 döyüş təyyarəsi almağa qərar verib.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.

Qırıcıların tədarükü Amerikanın “Lockheed Martin” hərbi-sənaye korporasiyası tərəfindən təmin ediləcək.

Pentaqon 46 təyyarəni üçüncü ölkələrə satacaq. Bundan əlavə, müqaviləyə Yaponiya və İtaliyada son montaj və yoxlama obyektləri üçün alət dəstəyi daxildir.


Вернуться назад