Главная > Manset / İqtisadiyyat > İmişlidə arıçılıq təsərrüfatlarında yüksək məhsuldarlıq qeydə alınıb

İmişlidə arıçılıq təsərrüfatlarında yüksək məhsuldarlıq qeydə alınıb


20-12-2024, 16:44. Разместил: azadses
İmişli rayonunda bu il arıçılıq təsərrüfatlarında məhsuldarlıq ötən illə müqayisədə təxminən iki dəfə çox olub.

Bu barədə "Report"un Muğan bürosuna İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ötən il xəstəlik və qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq bir arı ailəsindən orta hesabla 11-12 kq məhsul toplanıb. Bu il isə bu rəqəm 22-25 kq-a qədər artıb. Arıçılıq təsərrüfatları əsasən Qaragüvəndikli, Ağaməmmədli, Məmmədli və digər kəndlərdə mövcuddur.

Həmçinin qeyd olunub ki, rayonda ötən il 125, bu il isə 131 şəxs arıçılıq təsərrüfatı ilə məşğuldur. Ötən il 3 047, bu il 3 328 arı ailəsi mövcuddur.


Вернуться назад