Главная > Manset / Dünya > ABŞ Prezidenti İtaliyaya səfər edəcək
ABŞ Prezidenti İtaliyaya səfər edəcək20-12-2024, 12:19. Разместил: azadses |
ABŞ Prezidenti Cozef Bayden yanvarın 9-12-də Romaya səfər edəcək, İtaliyanın baş naziri Ciorcia Meloni, həmçinin Roma Papası Fransisklə görüşəcək. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin yazılı açıqlamasında bildirilir. “Bayden Roma Papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Meloni ilə ayrı-ayrılıqda görüşlər keçirmək üçün 9-12 yanvar tarixlərində İtaliyanın paytaxtı Romaya gedəcək”, - sənəddə qeyd olunur. "Prezident Bayden yanvarın 10-da Roma Papası ilə görüşərək dünya sülhünün təşviqi səylərini müzakirə edəcək", - Jan-Pyer deyib. Bayden ABŞ-İtaliya münasibətlərinin gücünü vurğulamaq və Baş nazirə minnətdarlığını bildirmək üçün İtaliya rəhbərliyi ilə də görüşəcək. Вернуться назад |