Главная > Manset / Dünya > Trampdan Kanada ilə bağlı növbəti paylaşım: ABŞ-nin yeni ştatı olacaq?
Trampdan Kanada ilə bağlı növbəti paylaşım: ABŞ-nin yeni ştatı olacaq?19-12-2024, 14:56. Разместил: azadses |
"Kanada ABŞ-nin 51-ci ştatı olacağı təqdirdə, ölkə vətəndaşları vergilərə və müdafiəyə əhəmiyyətli dərəcədə qənaət edə bilərlər". Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində fikrini ifadə edib. "Heç kim bilmir ki, biz niyə Kanadaya ildə 100 milyon dollardan çox subsidiya veririk. Bunun mənası yoxdur! Bir çox kanadalı ölkənin ABŞ-nin 51-ci ştatı olmasını istəyirlər. Bu, onlara vergilər və hərbi müdafiə ilə bağlı əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verərdi. Mən hesab edirəm ki, bu əla ideyadır", - deyə siyasətçi bildirib. Xatırladaq ki, daha əvvəl fikir ayrılıqları fonunda Tramp Baş nazir Castin Trüdonu "böyük Kanada dövlətinin" qubernatoru adlandırmışdı. Daha sonra Kanadanın milli müdafiə naziri Uilyam Bler Trampın sözlərinin növbəti zarafat olduğu bildirmişdi. "NBC" telekompaniyasına müsahibəsində Tramp qeyd etmişdi ki, Kanada və Meksika ABŞ-nin yeni ştatları ola bilər, çünki ABŞ bu ölkələrə əhəmiyyətli subsidiyalar verir. Вернуться назад |