Главная > Manset / Dünya > Müdafiə naziri: Almaniya Ukraynaya sülhməramlı qüvvələrini göndərməyə hazırdır

Müdafiə naziri: Almaniya Ukraynaya sülhməramlı qüvvələrini göndərməyə hazırdır


Bu gün, 10:31. Разместил: azadses
“Almaniya Ukraynaya sülhməramlı qüvvələrini göndərməyə hazırdır, bir şərtlə ki, Moskva və Kiyev arasında sülh razılaşması əldə olunsun və hər iki tərəf belə bir addıma razı olmalıdır”.

“Report” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Pistorius vurğulayıb ki, Ukraynada hərbi mövcudluğun istənilən formasını müzakirə etmək hələ tezdir, çünki hazırda fəal sülh danışıqları aparılmır:

“Əgər barışıq əldə olunarsa, Qərb ictimaiyyəti, NATO üzrə tərəfdaşlarımız və ola bilsin ki, BMT və Avropa İttifaqı sülhün necə təmin oluna biləcəyini və bu atəşkəsə riayət oluna biləcəyini müzakirə etməli olacaqlar. Təbii ki, Almaniya Avropanın ən böyük iqtisadiyyatı kimi bu prosesdə mühüm rol oynaya bilər”.


Вернуться назад