Главная > Manset / Dünya > Çexiyada pensiya yaşı 67-yə qaldırılır
Çexiyada pensiya yaşı 67-yə qaldırılır14-12-2024, 13:04. Разместил: azadses |
Çexiyada pensiya yaşı tədricən 65-dən 67-yə qaldırılacaq. “Report” “Idnes” xəbər portalına istinadən xəbər verir ki, Çexiya Prezidenti Petr Pavel pensiya islahatı haqqında qanun imzalayıb. Pensiya yaşının artırılması 1965-ci ildən sonra doğulmuş vətəndaşlara aiddir. Bu, hər il bir ay artırılacaq. Məsələn, 1972-ci ildə doğulanlar 65 il 7 ay, 1975-ci ildə doğulanlar 65 il 10 ay, 1989-cu il və sonra doğulanlar isə 67 yaşında təqaüdə çıxa biləcəklər. 2026-cı ildən etibarən və növbəti 10 il ərzində pensiyaların hesablanması azaldılmış şəkildə aparılacaq. Bu dövrdə qanuna əsasən, gələcək pensiyanın hesablanması zamanı hər il qazancın daha az hissəsi nəzərə alınacaq. “Newsbox.cz” qeyd edib ki, qanun ölkədə “gözlənilən ömür uzunluğunun artmasını” əks etdirir. “Ceske Noviny” yazıb ki, hökumət 1930-1940-cı illərdə doğulmuş insanların pensiyaları üçün vəsait ayırmaq məqsədilə pensiya islahatını təsdiqləyib. Hökumətin islahatı həmçinin bir sıra digər tədbirləri nəzərdə tutur, məsələn, minimum pensiyanın hazırda təxminən 46 min kron (təxminən 3,3 min AZN) təşkil edən ölkədəki orta əməkhaqqının 20 %-nə qədər artırılması. Həmkarlar ittifaqları və müxalifət partiyalarının etiraz etdiyi pensiya islahatını hökumət təşəbbüs edib. Nazirlər Kabineti pensiya yaşının artırılmasının zəruriliyini hazırda 40 və daha az yaşı olanlara layiqli pensiyaların ödənilməsi üçün lazımi vəsaitin təmin edilməsi ilə əsaslandırır. Вернуться назад |