Главная > Manset / Dünya > KİV: Çin liderinin Trampın andiçmə mərasimində iştirakı gözlənilmir
KİV: Çin liderinin Trampın andiçmə mərasimində iştirakı gözlənilmir13-12-2024, 13:55. Разместил: azadses |
Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvət olunduğu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi üçün Vaşinqtona gəlməsi gözlənilmir. “Report” xəbər verir ki, bu barədə Amerikanın “CBS” telekanalı məlumat yayıb. Mənbələr bildiriblər ki, Çin sədrinin gələn ay Trampın andiçmə mərasiminə qonaq qismində Vaşinqtona səfər etməyəcək. Mərasim 20 yanvar 2025-ci ildə Vaşinqtonda keçiriləcək. Tədbirdə Çinin ABŞ-dakı səfiri ilə yanaşı, digər Çin rəsmilərinin də iştirak edəcəyi gözlənilir. Вернуться назад |